Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır - FOTO

Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır - <font color=red>FOTO</font>
# 04 iyun 2012 12:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu münasibətlə bu gün keçirilən mətbuat konfransında sərginin əsas təşkilatçıları olan Böyük Britaniyanın «ITE Group Plc.» şirkəti və onun tərəfdaşı «Iteca Caspian» şirkətinin nümayəndələri bildiriblər ki, sərgi və konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir: «Azərbaycan prezidenti İlham Əliyevin sərginin açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu bir daha vurğulayır. Ölkə başçısı hər il olduğu kimi, bu il də sərginin rəsmi kataloqu üçün iştirakçı və qonaqların ünvanına salamlama məktubu göndərib».

Ənənəvi olaraq, «Caspian Oil and Gas» layihəsinə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən də dəstək göstərilir.

«Caspian Oil & Gas-2012» sərgi-konfransında müxtəlif ölkələrdən yüksək rütbəli qonaqların, o cümlədən Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Litvanın energetika naziri Arvidas Sikmokas, İranın neft naziri Rostam Kazeminin iştirakı nəzərdə tutulub.

«Caspian Oil & Gas-2012» sərgisində dünyanın 35 ölkəsindən 304 şirkətin iştirak edəcəyi gözlənilir. «ITE Group» şirkətinin Xəzər üzrə regional direktoru Eduard Stroonun sözlərinə görə, ötən ilə nisbətən sərgi iştirakçılarının sayı 15% artıb.

Böyük Britaniya, Almaniya, Çin, Rusiya, Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunub. Həmçinin, MDB, Avropa və Şərqi Asiya ölkələrindən şirkətlərin sayı da əhəmiyyətli dərəcədə artıb. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam şirkətləri də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni dünya şöhrətli şirkətlər tutur və onların əksəriyyəti «Caspian Oil & Gas» sərgisinin daimi iştirakçısıdır.

Ekspozisiya sahəsinin 59%-ni xarici şirkətlər tutur. Qalan ekspozisiya sahələri isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün ayrılıb. Ekspozisiyanın 10%-ni əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15% olub.

Həmçinin, sərgi və konfransa sponsorluq edən şirkətlərin siyahısı da tədbirin yüksək statusunu vurğulayır və bu il həmin siyahıya rekord sayda şirkət (21) daxildir. Belə ki, «Caspian Oil & Gas-2012» sərgisinin baş sponsoru «BP-Azerbaijan», qızıl sponsorları isə ARDNŞ və «Andrade Gutierrez» şirkətidir.

Sərgi çərçivəsində keçiriləcək eyni adlı konfrans iyunun 6-da başlayacaq və burada 550 nümayəndə iştirak edəcək. Konfrans iştirakçıları arasında müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndələri və regionun neft-qaz sənayesinin aparıcı şirkətlərinin rəsmiləri olacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR