Azərbaycanda beynəlxalq səhiyyə sərgisi keçirilir - FOTO

Azərbaycanda beynəlxalq səhiyyə sərgisi keçirilir - <font color=red>FOTO</font>
# 27 sentyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE) və 7-ci Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2012”) Sərgisi açılıb.

APA-Economics”in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu cür sərgilərin keçirilməsi çox vacibdir və bura qatılan şirkətlərin sayının artması xarici şirkətləri Azərbaycana maraqlarını göstərir. Səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışan nazir müavini qeyd edib ki, Azərbaycanda tibbi təhsildə rezidentura sisteminə keçilib, həkimlərin sertifikasiya imtahanları aparılır: “Artıq ikinci ildir ki, həkimlərin sertifikasiyası prosesi həyata keçirilir və imtahanlarda uğur qazanan həkimlərə beş illik sertifikat verilir. Azərbaycanda sertifikatsız fəaliyyət göstərən həkim olmayacaq”.

Sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki, bu il sərgidə 16 ölkədən, o cümlədən Azərbaycan, Belçika, Rusiya, Türkiyə, İran, Yaponiya və digər ölkələrdən 107 şirkət iştirak edir. Sərgidə tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik və bir sıra digər məhsullar nümayiş etdirilir. İştirakçılar öz stendlərində səhiyyə sahəsinin ən son nailiyyətlərini - yüksək texnologiyalı diaqnostika və müalicə üsullarını, texnologiya və xidmətləri, tibbi texnikanı sərgiləyirlər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR