Gələn həftə Bakıda beynəlxalq İKT sərgisi keçiriləcək

Gələn həftə Bakıda beynəlxalq İKT sərgisi keçiriləcək
# 30 oktyabr 2012 08:21 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, İran, Çin, Koreya, Malayziya, Rusiya, Sloveniya, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edəcək. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə milli pavilyonları ilə çıxış edəcək.

Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçiriləcəyi də planlaşdırılıb. Belə ki, tədbirdə proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradioyayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları və s. nümayiş olunacaq. Bununla yanaşı, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi - «Daşınan nömrələr» layihəsi, təyyarələrdə mobil rabitə üçün yeni həll variantları kimi yeniliklər də nümayiş etdiriləcək.

Qeyd edək ki, «BakuTel-2012» çərçivəsində İnternet İdarəçilik Forumu (Internet Governance Forum) da təşkil olunacaq. Sözügedən forum qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR