Göyçayda 1 kiloqram 400 qram çəkidə nar yetişdirilib

Göyçayda 1 kiloqram 400 qram çəkidə nar yetişdirilib
# 04 noyabr 2012 16:18 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay şəhərində keçirilən VII Nar bayramı çərçivəsində müxtəlif müsabiqələr keçirilib.

APA-nın məlumatına görə, tədbir zamanı qısa vaxt ərzində ən çox nar şirəsi hazırlayan və dənələrini yerə salmadan ən tez nar yeyən şəxsin hər birinə 100 manat, ən böyük nar yetişdirən bağbana isə 150 manat pul mükafatı verilib.

Rayonun İnçə kəndində yetişdirilən və mükafata layiq görülən ən böyük narın çəkisi 1 kiloqram 400 qram olub. Həmin nar Azərbaycanda bu ilin ən böyük narı hesab edilir. Ötən il bu festivalda sahibinə mükafat qazandıran narın çəkisi 1 kiloqram 250 qram olmuşdu.

Bundan əlavə VII Nar bayramında müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgisi təşkil olunub. Tədbirdə kəndli fermerlər tərəfindən yetişdirilən cırtdan nar ağacı, tumsuz nar, qeyri-adi görünüşə malik olan hind narı da nümayiş etdirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR