Hazırda Azərbaycanda 18 yaşa qədər 3 milyona yaxın insan var

Hazırda Azərbaycanda 18 yaşa qədər 3 milyona yaxın insan var
# 22 may 2013 08:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən dəyirmi masada UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib.

Bu rəqəmin ölkə üçün əhəmiyyətli olmasından danışan M.Herevard deyib ki, bu nəsil insanlar çox həssasdır və onların hüquqları daim diqqətdə olmalıdır. Onun sözlərinə görə, uşaqların hüquqlarının tapdalanması gələcəkdə onların həyatına mənfi təsir göstərəcək: “Uşaqlar həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Biznes nümayəndələri öz fəaliyyətlərində uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərinin nəzərə almalıdırlar. Çox vacibdir ki, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb etsin”.

UNİCEF rəsmisi bildirib ki, beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak etsin: “Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirələr aparılan zaman bəzən uşaqların hüquqları nəzərə alınmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR