Azərbaycanda magistraturaların boş qalan plan yerlərinə qəbul olan magistrlərin qeydiyyatı bu gün başa çatır

Azərbaycanda magistraturaların boş qalan plan yerlərinə qəbul olan magistrlərin qeydiyyatı bu gün başa çatır
# 28 avqust 2013 07:21 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlar günün sonuna qədər sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Qeydiyyat avqustun 19-dan başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR