Naxçıvan-Bakı aviareysinin yerinə yetirilməsində ləngimə yaranıb

Naxçıvan-Bakı aviareysinin yerinə yetirilməsində ləngimə yaranıb
# 01 sentyabr 2013 19:22 (UTC +04:00)

Bakı - APA. Bu gün saat 21:00-da həyata keçirilməli olan Naxçıvan-Bakı aviareysinin yerinə yetirilməsində ləngimə yaranıb. Bu barədə APA-ya sözügedən aviareysin sərnişinləri məlumat verib.

Onların sözlərinə görə, ləngiməyə səbəb kimi saat 19:00-da Bakıdan Naxçıvana olan reysin yerinə yetirilməməsi göstərilir.

Məsələ ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumat bürosuna edilən zənglər cavabsız qalıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə APA-ya açıqlamasında Naxçıvan-Bakı aviareysinin ləngiməsindən məlumatsız olduğunu bildirib: “Ola bilsin, hava şəraiti ilə əlaqədardır. Aviasiyada bunlar adi hadisələrdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR