TQDK daxili işlər orqanlarına qəbul olunmaq istəyənlər üçün keçirilən imtahanın nəticələrini açıqlayıb

TQDK daxili işlər orqanlarına qəbul olunmaq istəyənlər üçün keçirilən imtahanın nəticələrini açıqlayıb
# 10 sentyabr 2013 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA- ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR