“Beynəlxalq Qızlar Günü” ilə bağlı tədbir keçirilib

“Beynəlxalq Qızlar Günü” ilə bağlı tədbir keçirilib
# 14 oktyabr 2013 08:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti və UNİCEF-lə birgə tədbir keçirib. Komitədən APA-ya verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti və UNİCEF-in nümayəndələri, Qobu, Məhəmmədi, Digah, Güzdək, Novxanı, Masazır, Mehdiabad, Saray, Fatmayi kənd və qəsəbələrini təmsil edən məktəbli qızlar, məktəb direktorları və müəllimlər iştirak edib, qızların təhsildən yayınması məsələsi ətrafında çıxışlar dinlənilib, çıxışlar ətrafında müzakirələrə aparılıb.

Qeyd edək ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. 2013-cü il “Beynəlxalq Qızlar Günü” qızların təhsildən yayınması məsələsinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR