Bakıda BMT Təhlükəsizlik Şurasının gənclərlə bağlı birinci model konfransı keçiriləcək

Bakıda BMT Təhlükəsizlik Şurasının gənclərlə bağlı birinci model konfransı keçiriləcək
# 18 oktyabr 2013 14:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Oktyabrın 21-25-də Bakıda BMT Təhlükəsizlik Şurasının “Gənclərin qərarların qəbul olunmasında və siyasətin həyata keçirilməsində iştirakı” mövzusunda birinci model konfransı keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə model konfransın prezidenti Xanna Musa bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbirdə BMT baş katibinin gənclərlə iş üzrə xüsusi nümayəndəsi Əhməd əl-Xəndəvi, BMT baş katibinin müavini Lonski Tiffental, BMT İnkişaf Proqramının regional direktoru Cihan Sultanoğlu, ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Mayer Naser, eləcə də BMT-nin digər departamentlərinin rəhbərləri və BMT Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkənin nümayəndələri iştirak edəcək.

X.Musa qeyd edib ki, konfransın əsas mövzusu kibertəhlükəsizlik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR