Mark Herevard: “Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”

Mark Herevard: “Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”
# 03 dekabr 2013 13:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, UNICEF və Azərbaycanın Əlil Təşkilatları İttifaqı tərəfindən Beynəlxalq Əlillər Günündə təşkil olunan dəyirmi masada deyib.

O qeyd edib ki, UNİCEF-in əlilliyi olan uşaqlara həsr edilmiş 2013-cü il üzrə “Dünya uşaqlarının vəziyyəti” adlı hesabatında bildirilir ki, regionda yaşadığı təxmin olunan 5,1 milyon əlilliyi olan uşaqdan təxminən 3,6 milyonu təməl uşaq hüququ hesab edilən sosial reyestrlərdə qeydiyyatda deyil və nəticədə izləri itirilir və cəmiyyətlərindən təcrid olunurlar: “Qeydiyyatda olanlar isə çox vaxt dövlət müəssisələrində yaşamağa məhkum edilir, yaxud digər fundamental uşaq hüququ olan məktəblərə getmirlər. UNICEF bu məsələlərin aradan qaldırılması üçün təcili və sektorlararası siyasi tədbirlərin görülməli olduğuna inanır. Əlilliyi olan uşaqlar cəmiyyətin ən kövrək nümayəndələridir. Regionda müsbət qlobal təcrübələr və uşaqların rifahı naminə mühüm islahatlar keçirilsə də, biz artıq əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya prosesini sürətləndirməliyik”.

M. Herewerd onu da əlavə edib ki, 2013-cü ilin fevral ayından etibarən 128 dünya ölkəsi və o cümlədən Avropa Birliyi sözügedən Konvensiyanı imzalayıb: “Bu regionda isə 15 dövlət Konvensiyanı ratifikasiya edib. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalasa da ratifikasiya etməyib, Belarusla Tacikistan isə ümumiyyətlə, imzalamayıb. Azərbaycan regionda Əlilliyi olan Uşaqların Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən birinci ölkələrdəndir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR