Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşüb

Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşüb
# 14 yanvar 2014 12:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın futbol üzrə yığma komandasının keçmiş üzvü Əli Dayei “Ginnesin rekordlar kitabı”na düşüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı olan futbolçu 1993-2006-cı illərdə İranın futbol üzrə yığma komandasının heyətində keçirdiyi oyunlarda 109 qol vurub.

Ə. Dayei 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. O, İranın “İstiqlal” (Ərdəbil), “Taksirani” (Ərdəbil), “Bank-e Tecarət” (Tehran), “Persepolis” (Tehran), “Səba batteri” (Tehran), “Saypa” (Kərəc)), Qətərin “Əl-Sədd”, BƏƏ-nin “Əl-Şəbab” komandaları, eləcə də Almaniyanın “Arminiya”, “Bavariya”, “Herta” kimi məşhur futbol komandalarının heyətində çıxış edib. Futbolçu karyerasına 2007-ci ildə, İran yığmasındakı karyerasına isə 2006-cı il futbol üzrə dünya çempionatından sonra nöqtə qoyub. UNİCEF-in xoşməramlı səfiridir. Hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR