Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb - VİDEO

Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb - <span style="color: red;">VİDEO
# 29 yanvar 2014 07:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.

Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR