Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi açılıb - VİDEO

Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi açılıb - <span style="color: red;">VİDEO
# 10 aprel 2014 11:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda “Azərsu” ASC-nin dəstəyi ilə Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC) sərgisi öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, “CATEC 2014” sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən ibarətdir: “Azərsu” ASC, “Akkord”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azertexnolayn” MMC, “Omicron” MMC, Sumqayıt Texnologiyalar Parkı və s.

Sərgidə, ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim edilib.

Sərginin açılışında çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov belə sərginin Xəzər hövzəsi ölkələrindən ancaq Azərbaycanda keçirildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev hər bir vətəndaşın 24 saat içməli su ilə təmin olunması üçün tapşırıq verib: “Qoyulan tapşırıqların yerinə yetirilməsi üçün yenidənqurma işləri aparılır, dünyadakı yeni texnologiyaların öyrənilməsinə əhəmiyyət verilir”.

Q. Hüseynov sərginin əhəmiyyətindən danışaraq qeyd edib ki, keçən ilki sərgidən sonra bir çox şirkətlərlə əməkdaşlıq genişlənməyə başlayıb: “2013-cü ildə “Azərsu” ilə çalışan Azərbaycan şirkətlərinin iş keyfiyyətində qiymətləndirmə apardıq. Məlum oldu ki, 2013-cü ilin birinci rübündə bizimlə işləyən şirkətlər arasında birinci onluqda cəmi iki yerli şirkət var idi. 2013-cü ilin nəticələrinə görə isə ilk beşliyin hamısı yerli şirkətlər idi. Biz belə tədbirlər keçirərək yerli şirkətlər üçün də əlverişli şərait yaratmaq istəyirik”.

Sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edir və onların arasında “ABB” (İsveçrə), “Amiad Water Systems” (İsrail), “AVK” (Danimarka), “Culligan” (ABŞ), “Elektromed” (Türkiyə), “Erkon” (Türkiyə), “Flotenk” (Rusiya), “GEA Westfalia” (Almaniya), “Greenworks” (Litva), “Grundfos” (Danimarka), “Krohne Anlagen” (Almaniya), HALLA (Koreya), “Hungarian Water Cluster” (Macarıstan), “KWI International” (Avstriya), “Nirosoft” (İsrail), “Sampro Canada” (Kanada), “Sulzer” (İsveçrə), “Turan Makina” (Türkiyə), “Valvotubi Ind” (İtaliya), “Kommunalnik zavodu” (Belarus) və digər şirkətlərin adları var.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR