Türkiyədə yaşayan azərbaycanlı rəssamın Bakıda ilk fərdi sərgisi keçiriləcək - FOTO

Türkiyədə yaşayan azərbaycanlı rəssamın Bakıda ilk fərdi sərgisi keçiriləcək - <span style="color: red;">FOTO
# 22 aprel 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Türkiyədə yaşayan azərbaycanlı rəssam Emil Əzizin Bakıda ilk fərdi sərgisi keçiriləcək.

APA-nın məlumatına görə, mayın 3-dən 7-dək davam edəcək sərgi Səttar Bəhlulzadə adına “1969 qalereyası”nda baş tutacaq.

"Səmanın rəngləri" adlı fərdi sərgidə əsəsən rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək. Rəssamın əsərləri bir çox dünyaca məşhur sənət qalereyalarında nümayiş olunub.

Rəsmlərində milli koloriti qoruması ilə yanaşı, modern qadın obrazını canlandıran rəssamın ölkəmizdəki ilk sərgisinin media partnyoru “Boutique Baku” dərgisidir. Sərgi “ARTS COUNCİL AZERBAİJAN”ın dəstəyi ilə keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR