® “Grand Hayat” yeni mənzil, yeni həyat tərzi - FOTO

<font color=red>® </font>“Grand Hayat” yeni mənzil, yeni həyat tərzi - <span style="color: red;">FOTO
# 15 may 2014 09:09 (UTC +04:00)

Şirkətin bütün layihələrini birləşdirən əsas prinsiplərdən biri isə insanların rahatlığını və ətraf mühitlə harmonik vəhdətini təmin etməkdir.

“Yeni Həyat” tərəfindən həyata keçirilən, öz möhtəşəmliyi və novatorluğu ilə fərqlənən hər bir layihə Bakının şəhərsalma sahəsində yeni bir sözdür, öz memarlıq ideyası və icrasına görə şəhərimizdə iz qoyan və gələcək nəsillərə layiqli miras olacaq binalardır. Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən “Yeni Həyat” Şirkətlər Qrupu müştəri məmnuniyyətinə də hər zaman böyük diqqətlə yanaşmış, hər layihədə nəzərdə tutulan müştəri seqmentinə uyğun tələbləri əks etdirə bilib.

“Yeni Həyat” yeni “Grand Hayat” layihəsini təqdim edib. Bakının mərkəzində, Tbilisi prospekti 1054 ünvanında, mərkəzə və şəhərin əsas çıxışlarına yaxın bir ərazidə 318 560 m2 sahəni əhatə edən “Grand Hayat ” kompleksi keyfiyyət, dizayn, təhlükəsizlik və yerləşmə meyarlarını bariz şəkildə nümayiş etdirəcək. 24 mərtəbədən ibarət 10 ədəd bir bloklu “Grand Hayat” yaşayış kompleksi hər kəsin arzusunda olduğu mənzilə qovuşduracaq.

Şirkət “Azure” yaşayış kompleksində olduğu kimi, “Grant Hayat” layihəsində də “7S” keyfiyyət standartını tətbiq etmək niyyətindədir.

“7S”- 7 service -7 xidmət anlamını verir. Buraya

1) sakinlərə hər növ xidmət (kommunal, güvənlik, konsyerj və s.);

2) mənzillərin təmirli təhvil verilmə imkanı,

3) geniş və qapalı həyətyanı sahənin olması;

4) hipermarket;

5) uşaq bağçası;

6) Fitness və SPA mərkəzi;

7)Kafe-restoranlar və teras daxil olmaqla Megafun əyləncə mərkəzi.

Qısacası , “7S” “Yeni Həyat” Şirkətlər Qrupunun yaratdığı yeni və keyfiyyətli həyatın standartlar toplusudur. Bu toplu “Grand Hayat” layihəsində özünün tam əksini tapacaq.

“Grand Hayat” müasirlik, keyfiyyət, dizayn, təhlükəsizlik və ən əsası komfortlu yaşamın bütün elementlərini birləşdirən bir yaşayış kompleksidir. Kompleksdəki 2,3 və 4 otaqlı 1920 təmirli və təmirsiz mənzillər, 3400 avtomobilin rahat yerləşə biləcəyi modern parkinq, 5000m2 sahədə yerləşən və ailənin hər ehtiyacını ödəyə biləcək hipermarket, 10000 m2 sahəli park konseptli həyətyanı sahə. Bundan əlavə kompleksdə ən son dünya standartlarına uyğun Fitness və SPA mərkəzi, fərqli dünya mətbəxlərini təqdim edən müasir kafe və restoranlar, övladlarınızın təhlükəsizliyi tam təmin edə biləcək uşaq bağçası və əyləncənin əsas mərkəzinə çevrilən “Megafun” əyləncə mərkəzi də yer alacaq. “Grand Hayat” müasir yaşamın bütün üstünlüklərini özündə birləşdirən unikal bir məkan olacaq.

“Yeni Həyat” Şirkətlər Qrupu “Grand Hayat” kompleksində “Park Azure” layihəsində olduğu kimi orta sinif nümayəndələrini düşünərək, əlverişli ipoteka şərtləri ilə mənzil sahib etmə xidmətini göstərmək niyyətindədir. 10%-dən başlayan ilkin ödəniş, 10 ildən 20 ilə qədər müddətə və 10%-dən başlayan illik ödənişlər 1920 ailəni yeni mənzilə qovuşdura biləcək. 2,3 və otaqlı bu mənzillər bu dəfə təmirsiz olduğu kimi, təmirli şəkildə də təqdim olunacaq.

Qeyd edək ki, öncəki layihədə olduğu kimi, “Grand Hayat” layihəsi üzrə ipoteka kampaniyasında da “Bank Technique” “Yeni Həyat” Şirkətlər Qrupunun əsas partnyoru olaraq çıxış edəcək. Bununla birgə, bu ipoteka kampaniyasına ölkənin digər aparıcı bankları da cəlb olunacaq. Əgər siz hələ də şəhərin içində bütün tələblərinizə cavab verən, sizin və ailənizin hər istəyini reallığa çevirə biləcək bir mənzil axtarırsınızsa seçiminizi “Grand Hayat”ın xeyrinə edin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR