Azərbaycanlı iş adamları Özbəkistanda keçiriləcək sərgilərə dəvət edilir

Azərbaycanlı iş adamları Özbəkistanda keçiriləcək sərgilərə dəvət edilir
# 30 iyun 2014 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr və oktyabr aylarında Özbəkistanda bir neçə sərgi keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 10-12-də Daşkənd şəhərində “Tekstil Sənayesi - Tekstil Expo Özbəkistan 2014”, “Tekstil avadanlıqları və maşınqayırma - SAQQME 2014” və oktyabrın 21-22-də “Dünya Dağ - Mədən Sənayesi Özbəkistan 2014” sərgiləri baş tutacaq.

Sərgilərdə tekstil və tekstil avadanlıqları, maşınqayırma və dağ-mədən sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Azərbaycanlı iş adamları bu sərgilərdə iştirak etməyə dəvət edilir.

Sərgilərdə şirkətini təmsil etmək istəyən azərbaycanlı iş adamları “İTE Uzbekistan” sərgi şirkətinə və ya Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR