“Azərkosmos” “IBC-2014” sərgi və konfransında iştirak edəcək

“Azərkosmos” “IBC-2014” sərgi və konfransında iştirak edəcək
# 25 avqust 2014 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC sentyabrın 11-dən 16-dək Niderlandın Amsterdam şəhərində keçiriləcək “IBC” (International Broadcasting Convention) sərgi və konfransında iştirak edəcək.

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq tədbirlər Avropada teleradioyayım sahəsi üzrə texnologiyalara həsr olunub.

“Azərkosmos” tədbirdə 5.B06 nömrəli stend ilə təmsil olunacaq və peyk rabitəsi xidmətlərini, yerüstü peyk stansiyalarını (sabit uplinks) nümayiş etdirəcək.

Hər il “IBC” sərgi və konfransında 130 ölkədən 1 300 eksponent iştirak edir. Bu il sərgidə 1000-dək şirkət media vasitələri sahəsində yeni texnologiyalar və ən aparıcı ideyalar təqdim edəcəklər. Sərgidə audio və video sistemlər, kabellər, rəqəmli texnologiyalar və digər müxtəlif avadanlıq nümayiş olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR