Fransada IACM-in 22-ci Konfransı və Baş Assambleyası keçirilib

Fransada IACM-in 22-ci Konfransı və Baş Assambleyası keçirilib
# 03 oktyabr 2014 17:33 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Qambay Əliyev bildirib ki, Bakıda keçirilən IACM-in 21-ci Konfransı və Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıq bildirilib.

Konfransın gedişində maliyyə məsələlərinə baxılıb, üzvlük haqqını ödəməyən ölkələrə xəbərdarlıqla əlaqədar müzakirələr aparılıb. Tədbirin üçüncü günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri Qambay Əliyev çıxış edərək, konfrans iştirakçılarına IACM və Azərbaycan Gömrük Xidməti arasındakı əməkdaşlıq, eləcə də Azərbaycan Gömrük Tarixi Muzeyinin yeni layihələri barədə məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birgə həyata keçirilən layihələrdən birincisi “Azərbaycan Gömrük Muzeyi və dünya muzeyləri və muzey ittifaqları” adlı jurnaldır.

Jurnalda Azərbaycan Gömrük Tarixi Muzeyi və Azərbaycan Gömrük Xidməti tərəfindən təşkil edilmiş sərgilər və digər mədəni layihələr haqda faydalı məlumatlar əldə etmək olar. İkinci layihə isə Fransa və Azərbaycan arasında tarix boyu formalaşmış dostluq münasibətlərinə dair qısametrajlı filmdir. Filmdə fransız səyyahlarının XVII əsrdən başlayaraq Azərbaycana səfərləri, XIX əsrdə Azərbaycanlı gənclərin Fransa universitetlərində təhsil almaları, Azərbaycan əsgərlərinin Fransa Müqavimət Hərəkatında iştirakı, eləcə də hazırda Fransa-Azərbaycan dostluq münasibətlərindən söhbət açılır.

Konfrans iştirakçıları filmin ingilis dilində olan 10 dəqiqəlik versiyasını izləyiblər. Konfransda Heydər Əliyevin müasir Azərbaycan gömrüyünün inkişafındakı rolundan bəhs edən və DGK “Azərterminalkompleks” Birliyinin inzibati binasında yerləşən Heydər Əliyev Xatirə Muzeyi tərəfindən hazırlanan kitabın təqdimatı da keçirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR