Azərbaycan Gömrük Xidməti Maltada “Narkotiklərə yox!” adlı sərgi keçirib - FOTO

Azərbaycan Gömrük Xidməti Maltada “Narkotiklərə yox!” adlı sərgi keçirib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2014 18:37 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, sərgini maltalı həmkarlarının dəstəyi ilə Azərbaycan Gömrük Xidməti və Gömrük Tarixi Muzeyinin nümayəndələri təşkil edib. Bu məqsədlə Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Valletta şəhərində səfərdə olub.

Maltada ilk dəfə keçirilən bu sərgi Malta paytaxtının tarixi mərkəzində, 1719-cu ildə cəngavərlər tərəfindən inşa olunmuş gömrük binasında təşkil edilib. Sərgiyə azərbaycanlı rəssam və heykəltəraşlar - Nadejda İbrahimova, Mahmud Rüstəmov, Nazim Rəhmanov, Oqtay Murtuzayev və Teymur Rüstəmov kimi sənətkarların yaratdıqları müasir incəsənət əsərləri çıxarılıb. Hər bir eksponat narkotiklərdən istifadənin dəhşətli fəsadları barədə bəşəriyyətə mesaj verir.

Valletta şəhərində keçirilən sərginin açılış mərasimində Malta prezidenti xanım Mari-Luiz Koleyro Preka başda olmaqla, dövlət və hökumət, eləcə də yerli orqanların yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Tədbiri salamlama nitqi ilə açan Malta Gömrük Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Joseph Chetcuti Azərbaycanla Malta arasında əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edən bu kimi tədbirlərin müstəsna əhəmiyyətinə toxunub.

Sonra qonaqlar Azərbaycan gömrüyünün yeni layihəsi - 40 dəqiqəlik “Back to the beginning” (“Əvvələ qayıdış”) filmini seyr ediblər. Film narkotiklərə qarşı mübarizədə Azərbaycanın təcrübəsi, narkotik vasi­tələrin sərhəddən keçirilməsinin gizli üsulları, narkotik aludəçiləri və onların ailələrinin fiziki və psixoloji sağlamlığına vurulan sağalmaz yaralardan bəhs edir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Qambay Əliyev çıxış edərək bildirib ki, təqdim edilən sərgi indiyədək Azərbaycan Gömrük Xidmətinin narkomaniyaya qarşı mübarizə mövzusunda keçirdiyi beynəlxalq sərgi və müsabiqələrdə nümayiş olunan ən uğurlu əsərlər əsasında təşkil edilib: “Biz inanırıq ki, bu sərgi hazırda çətin və təhlükəli qlobal problemlərdən birinə çevrilən narkoma­niyaya qarşı mübarizənin vacibliyinin həssas şəkildə ictimaiyyətə çatdırılmasına təkan verəcək. Eyni zamanda, ümid edirik ki, bu tədbir Malta və Azərbaycan arasında dostluq əlaqələrinin, həmçinin ölkələrimizin gömrük xidmətləri ara­sında səmərəli əməkdaşlığın bundan son­ra da inkişafı üçün gözəl stimul olacaq”.

Xanım Mari-Luiz Koleyro Preka tədbirin təşkilində əməyi olan hər kəsə xüsusi minnətdarlığını ifadə edərək vurğulayıb ki, Azərbaycan və Maltanın bu cür əməkdaşlığı təkcə gömrük sahəsində deyil, həm də ölkələrimiz və mədəniyyətlərimiz arasında münasibətlər qurulmasına kömək edir. Sonra Azərbaycan nümayəndə heyəti Malta Prezidentinə ənənəvi Azərbaycan xalçası, “Back to the beginning” (“Əv­vələ qayıdış”) filmini, Azərbaycan haq­qında və virtual ekskursiyalarla ölkənin ən yaxşı muzeyləri barədə tam məlumatın əks olunduğu elektron kitabı, eləcə də azərbaycanlı rəssam Sabir Çopuroğlunun tablosunu təqdim edib.

Azərbaycan nümayəndə heyəti Maltaya səfər zamanı, oktyabrın 6-da Vallet­tadakı gömrük binasında maltalı həmkarları ilə görüşüblər. Sonra isə onlar gömrük eksponatları zalının açıldığı Dəniz Muzeyinə baş çəkiblər. Səfərin sonuncu günü, oktyabrın 7-də isə Azərbaycan nümayəndə heyəti Malta Milli Kitabxanasına baş çəkib. Burada azərbaycanlı qonaqları kitabxananın məsul şəxsi Cheryl Falzon salamlayıb. Sonra nümayəndə heyətinin rəhbəri Qambay Əliyev Azərbaycanın tarixi, mədəniyyəti, musiqiçiləri və sənətkarları haqqında bütöv bir kitab kolleksiyasını təntənəli şəkildə kitabxanaya təqdim edib. Kolleksiya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, eləcə də Bakıdan, milli xalça məktəbindən bəhs edən kitablardan ibarət olub. Eyni zamanda, kitabxanaya artıq 20 ildən çoxdur Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan, Azərbaycan mədəniyyətinin beşiyi və ölkənin ən qədim şəhərlərindən biri olan Şuşa şəhəri haqqında kitablar da təqdim edilib. Cheryl Falzon belə dəyərli töhfəyə görə Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkür edib və bildirib ki, bunlar kitabxananın Azərbaycan bölməsində ilk kitablar olacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR