“Muğanbank” VII Azərbaycan Mirkomaliyyə konfransına sponsorluq edib

“Muğanbank” VII Azərbaycan Mirkomaliyyə konfransına sponsorluq edib
# 13 oktyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank” 9-10 oktyabr tarixlərində “Maliyyə əhatəliyini dəstəkləyən innovativ praktikalar: Təcrübələrin öyrənilməsi” mövzusunda keçirilən VII Azərbaycan Mikromaliyyə konfransının sponsoru kimi çıxış edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva “Muğanbank” və digər tərəfdaş şirkətlərə minnətdarlığını bildirib.

Konfransda yerli banklar və maliyyə institutları ilə yanaşı xarici investorlar da iştirak etmiş, gündəlikdə duran məsələlər müzakirə olunub.

“Muganbank” ASC-nin Pərakəndə Bankinq və Beynəlxalq Maliyyə İnstitutları ilə iş departamentinin direktoru Elnur Abbasov AMFA-nın İdarə Heyətinin üzvüdür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, www.muganbank.az saytımıza və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR