Azərbaycan Berlində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə 2015" sərgisində iştirak edəcək

Azərbaycan Berlində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə 2015" sərgisində iştirak edəcək
# 25 noyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin yanvarın 16-25-də Almaniyanın Berlin şəhərində ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçiriləcək.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Azərbaycanlı sahibkarlar və iş adamları sərgidə iştirak edə bilərlər. Sərgidə təşkil ediləcək Azərbaycan pavilyonunda iştirak etməkdə maraqlı olan sahibkarlar və işgüzar dairələr İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər:

Xatırladaq ki, 1926-cı ildən başlayaraq hər il keçirilən və Avropanın ən iri sərgisi olan "Beynəlxalq Yaşıl Həftə 2015" sərgisində dünyanın 60-a yaxın ölkəsindən 1 600-dən çox şirkət iştirak edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR