Nazir: “Azərbaycanda 18 yaşına qədər olan əlil uşaqların sayı 62 minə çatır”

Nazir: “Azərbaycanda 18 yaşına qədər olan əlil uşaqların sayı 62 minə çatır”
# 15 dekabr 2014 08:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycanda əhalinin 535 min (5,6%) nəfəri əlilliyi olan şəxslərdir. Onların 56% daim, 44% isə müvəqqəti əlilliyi olan şəxslərdir.

"APA-Economics"in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Bakıda keçirilən “Azərbaycanda əlilliyin qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” adlı beynəlxalq seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qeyd edilən 535 min nəfərin 473 min nəfərdən çoxu 18 yaşdan yuxarı olan şəxslərdir, 62 min nəfər isə 18 yaşına qədər olan fiziki sağlamlığı məhdud olan uşaqlardır.

Bu sahədə toxunulmalı olan məsələlərdən bəhs edən nazir deyib ki, bu gün Azərbaycanda əlilliyin qiymətləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində kompleks sistemin qurulması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi, onun mənfi və müsbət cəhətlərinin müəyyən edilməsidir.

S. Müslümov bildirib ki, əlilliyin qiymətləndirilməsinin əsas meyarları tibbi diaqnostika, əmək fəaliyyəti və bacarıqların qiymətləndirilməsi əsasında təşkil edilməlidir: “Hazırda ölkədə əlilliyi olan şəxslərin təhsil sahəsində və o cümlədən işədüzəlmə prosesində bir çox problemlər mövcuddur. Biz ilk növbədə əlilliyi olan şəxsləri əmək qabiliyyətinə görə qiymətləndirməliyik. Tibbi arayışlarında əmək qabiliyyətinin neçə faizinin itirilməsi qeyd edilməlidir. Bunun üçün ilk növbədə tibbi-sosial ekspertiza modeli dəyişdirilməlidir. Bu, bizim əsas hədəflərimizdən biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR