Gəncədə İran İslam Respublikasının ilk sərgisi açılıb

Gəncədə İran İslam Respublikasının ilk sərgisi açılıb
# 04 mart 2015 13:24 (UTC +04:00)

Bakı - APA. Gəncədə İran İslam Respublikasının 51 tanınmış şirkətinin məhsullarının satış-sərgisi açılıb.

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə keçirilən sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin icraçı direktoru Mirəyyub Təqəvi-Tələb, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin rəsmi açılış mərasimində iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından, yeni əlaqələrin yaranmasından, belə tədbirlərin iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişafına zəmin yaradacağından geniş söhbət açılıb. Eyni zamanda fevral ayında Gəncə-Təbriz şəhərləri arasında yaradılan qardaşlıq əlaqələri də xüsusi vurğulanıb.

Rəsmi açılışın sonunda İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hədiyyə təqdim edib. Sonra sərgiyə baxış keçirilib.

Ticarət-sənaye məhsullarının birinci sərgisinin 5 gün davam etməsi nəzərdə tutulub. İranın Ərdəbil əyalətindən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəd şirkətlərinin də iştirak etdiyi sərgidə 51 şirkət sənaye və kənd təsərrüfatı məhsulları, məişət əşyaları, xalça, mebel, geyim, avtomobillər nümayiş etdirib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR