Energetika Nazirliyi: Enerji səmərəliliyi sahəsində Azərbaycanın Avropa İttifaqının təcrübəsinə ehtiyacı var

Energetika Nazirliyi: Enerji səmərəliliyi sahəsində Azərbaycanın Avropa İttifaqının təcrübəsinə ehtiyacı var
# 02 aprel 2015 08:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Alternativ enerji və enerji səmərəliliyi sahəsində nə qədər işlər görülsə də, Azərbaycanın Avropa İttifaqının müəyyən təcrübəsinə və donor təşkilatlarının köməyinə ehtiyacı var”.

APA-Economics”in məlumatına görə, bu sözləri Energetika Nazirliyinin məsləhətçisi Camal Tahirov bu gün Bakıda keçirilən “E5P çərçivəsində Azərbaycandakı enerji səmərəliliyi və bərpa olunan enerji üçün imkanlar” seminarında deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektroenergetika sahəsində enerji təhlükəsizliyi məsələləri həll olunub. “Hal-hazırda isə bizim əsas ehtiyacımız olan məsələlərdən biri istilik təchizatı məsələsidir. Bu sahədə biz “Azəristiliktəchizat” ASC və Nizami rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə araşdırma aparmışıq. Məlum oldu ki, yerlərdə bu sahənin inkişafına ehtiyac var”, - deyə C. Tahirov bildirib.

C.Tahirov qeyd edib ki, layihənin tələblərindən biri Azərbaycanın bu təşkilata üzv olması və müəyyən ödənişlər həyata keçirməsidir. Hökumət və Maliyyə Nazirliyi tərəfindən bu məsələlər həll olunduqdan sonra C. Tahirov Energetika Nazirliyinin bu layihədə iştirak etməyə və layihələr təklif etməyə hazır olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR