Kalmıkiyanın Milli Dram Teatrı Azərbaycana qastrol səfərinə gələcək

Kalmıkiyanın Milli Dram Teatrı Azərbaycana qastrol səfərinə gələcək
# 02 oktyabr 2015 09:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Azərbaycana qastrol səfərinə gələcək. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 9-dan 11-dək davam edəcək səfərdə yaradıcı heyət A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edəcək.

Quruluşçu rejissoru Yelena İvanova olan “Золотая рыбка” tamaşasının rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiya Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

“Любящая женщина” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır.

Tamaşada əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR