Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” tamaşasının məşqlərinə başlanılıb

Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” tamaşasının məşqlərinə başlanılıb
# 23 noyabr 2015 13:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsərinə xalq artisti Cənnət Səlimova quruluş verəcək.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR