“Bakutel 2015”də təmsil olunan Xorvatiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

“Bakutel 2015”də təmsil olunan Xorvatiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
# 04 dekabr 2015 16:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Bakutel 2015” 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında təmsil olunan Xorvatiya şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.

RYTN-dan “APA-Economics”ə verilən məlumata görə, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələr arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

E. Vəlizadə əlaqələrin genişləndirilməsində “Bakutel” sərgisinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəallığının artırılmasına göstərilən maraqdan söz açan nazir müavini ölkəmizdə qurulan texnoparklar və orada yaradılan əlverişli şərait, innovativ sahibkarlığın inkişafı məqsədilə tətbiq edilən güzəştlərdən danışıb, Xorvatiya şirkətlərinə də bu imkanları nəzərə almağı təklif edib.

Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşdığını deyən S. Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafının daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan “Neosoft”, “İnfosistem”, “Span” və “Mep” şirkətlərinin nümayəndələri fəaliyyət sahələri haqda məlumat veriblər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR