Salyanda balıq ovlayan gənci elektrik cərəyanı vuraraq öldürüb

Salyanda balıq ovlayan gənci elektrik cərəyanı vuraraq öldürüb
# 22 mart 2016 12:51 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyanda balıq ovlayan Astara sakinini elektrik cərəyanı vuraraq, öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Şorsulu kəndində kanalda balıq tutan Astara rayon Pensər kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Ramiq Məsləhət oğlunu elektrik cərəyanı vurub. Balıq ovu zamanı tilovunu yüksək gərginlikli elektrik xəttinə toxunduran balıqçı hadisə yerində ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR