Belçikada üçgünlük matəm elan olunub

Belçikada üçgünlük matəm elan olunub
# 22 mart 2016 16:54 (UTC +04:00)

Bakı-APA. Belçikada Brüsseldə törədilən terror aktları ilə əlaqədar üçgünlük matəm elan olunub. APA-nn “Le Soir” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Belçikanın daxili işlər naziri Jan Jambon elan edib.

Son rəsmi məlumata görə, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR