Marneulidə müsəlman əsgərlər üçün ibadət otağının açılışı olub

Marneulidə müsəlman əsgərlər üçün ibadət otağının açılışı olub
# 24 mart 2016 15:03 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlıların kompakt yaşadığı Marneulidə yerləşən hərbi hissədə müsəlman əsgərləri üçün ibadət otağının açılışını edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən nazir müsəlman əsgərlərin Novruz bayramını təbrik edib, onlar üçün ibadət otağının açıldığını elan edib. Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə dini inanc və ibadətlərinin vaxtlı vaxtında yerinə yetirilməsi üçün tam azadlıq verildiyini bildirib.

İbadət otağının açılışında çıxış edən din xadimləri müsəlman əsgərlərə ibadətlərini həyata keçirmək üçün yaratdıqları şərait üçün nazirə təşəkkürlərini bildirib və əsgərlərə xeyir-dua veriblər. Tədbirdə həmçinin Gürcüstan hökumətinin nümayəndələri də iştirak ediblər.

Jurnalistlərə açıqlama verən nazir müsəlman əsgərlərin demokratik ölkənin ordusunda xidmət etdiklərini vurğulayıb: "İndən belə müdafiə nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini tam sərbəstliklə həyata keçirəcək. Bunun üçün lazım olan bütün şərait yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR