Sumqayıtda 27 yaşlı oğlanı ad günündə qətlə yetirən şəxs tutulub

Sumqayıtda 27 yaşlı oğlanı ad günündə qətlə yetirən şəxs tutulub
# 25 mart 2016 07:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda törədilən qətlin üstü açılıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6-nın qarşısında Namiq Məmmədovu bıçaqlayaraq öldürən şəxsin Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev olduğu müəyyən edilib. O, saxlanılıb.

Qeyd edək ki, hadisə martın 22-də baş verib. 1989-cu il təvəllüdlü Namiq Məmmədovun meyiti onun doğum günündə evinin qarşısında aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR