İranda yük avtomobili minik avtomobili ilə toqquşub, 8 nəfər yanaraq ölüb - FOTO

İranda yük avtomobili minik avtomobili ilə toqquşub, 8 nəfər yanaraq ölüb - <span style="color: red;">FOTO
# 27 mart 2016 09:31 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranın Fars əyalətində ağır qəza baş verib.

APA-nın Tehran Bürosunun məlumatına görə, Fars əyalətində yük maşını ilə “Pejo” markalı minik avtomobili toqquşub.

Qəzadan sonra yanğın baş verib, 8 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Məlumata görə, qəzaya yük maşınının yol hərəkəti qaydalarını pozması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR