“Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması yaradılacaq

“Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması yaradılacaq
# 30 aprel 2016 09:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu il Aəzrbaycanda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platforması yaradılacaq

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-cı ildə “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR