® CASAMİA-DAN YENİLİK

<font color="red">®</font> CASAMİA-DAN YENİLİK
# 10 may 2016 10:02 (UTC +04:00)

Avropada məşhur olan brend şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəsi “CASA MİA” mağazalar şəbəkəsi premimum sinfinə aid yenilənmiş şou-room-nu təqdim edib.

Açılış mərasimində, İtalyan Ticarət Agentliyinin (ICE) direktoru Luigi D'Aprea və xanımının timsalında fəxri qonaqlar, eləcə də məxsusi olaraq bu axşama dəvət olunan aparıcı italyan fabriklərinin nümayəndələri iştirak ediblər.

Rahatlaşdırıcı, aktual art-məkan mühitində, simli kvartetin ifasında klassik italyan musiqisinin müşaiyətilə keçən mərasimə modellər ekspozisiyanın elementləri ilə ahəngdə mistika ilə zəngin qravürləri xatırladan başgicəlləndirici obrazlar yaradıblar. Son kolleksiyadan olan oboylara bürünən xanım, gənc xanımın başındakı eksklüziv çilçıraq, pərdə üçün dəbdəbəli parçalardan möhtəşəm paltar, unikal hidromasaj vannası və içərisində oturan gözəl model, body-art maraqla qarşılanıb. Bu və ya digər ekspozisiyanı qeyri adi formada təqdim edən hər model qonaqları CASAMİA-nın eksklüziv təmsilçisi olduğu ən yaxşı italiya istehsalçıları və məşhur avropa brendlərindən olan santexnika, çilçıraq, oboy, tekstil və qapılarla tanış ediblər.

Şəhərin aparıcı arxitektor və dizaynerləri, eləcə də paytaxtımızın qonaqları ən son yeniliklərlə tanış olmaq, kompaniyanın son uğurlarını öyrənmək imkanı əldə ediblər.

“Məni heyran edən odur ki, bu şirkət Azərbaycan bazarına ən yaxşı italyan fabrikləri və məşhur avropa brendlərini gətirir. “CASAMİA”nın təqdim etdiyi xidmətlər kifayət qədər yüksək səviyyəlidir, bütün öhdəliklərə vaxtında əməl olunur və əməkdaşlıq müddətində heç bir problem yaranmayıb" - deyən tanınmış arxitektor Nəriman İmaməliyev şirkətə uğurlar arzu edib.

Beləliklə, gecə yarısına qədər davam edən mərasim maraqlı məqamlara yadda qalıb. Qonaqar tədbiri xoş təəssüratlar və həiyyələrlə tərk ediblər.

www.casamia.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR