Bəstəkar Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirilib

Bəstəkar Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirilib
# 17 may 2016 12:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. L. və M.Rostropoviçlərin ev muzeyində Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Şeyla Heydərova Azərbaycan musiqisinin inkişafında Firəngiz Əlizadənin xidmətlərindən danışıb, qeyd edib ki, bəstəkar Azərbaycan musiqisini dünyada tanıtmaq üçün bir neçə uğurlu layihələrə imza atıb: “Firəngiz Əlizadənin əsərlərində Şərqlə Qərbin sintezi hiss olunur. Ona görə də onun əsrlərini bütün dünyada başa düşür və sevirlər. Firəngiz Əlizadənin ən məşhur əsərlərindən biri, bütün dünyada ifa olunan violonçel üçün orkestrlə konserti – “Mərsiyə” əsəridir. Bu əsər dövlət mükafatına namizəddir”.

Daha sonra tamaşaçılara F. Əlizadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmdən kadrlar nümayiş olunub. Tədbirdə professor, əməkdar incəsənət xadimi Həcər Babayeva, musiqişünas və jurnalist Raya Abbasova, əməkdar incəsənət xadimi Kamal Paşazadə çıxış ediblər.

Çıxış edənlər F. Əlizadəni Azərbaycanın istedadlı bəstəkarı, musiqi novatoru kimi dəyərləndiriblər.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR