Qafqaz Universitetində Anarla görüş keçirilib

Qafqaz Universitetində Anarla görüş keçirilib
# 18 may 2016 13:07 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı, Türk dili və ədəbiyyatı və Türkologiya mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə universitetin rektoru Əhməd Saniç, professor-müəllim heyəti və tələbələr iştirak edib.Görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq və bu vasitə ilə gənclərin ümumi dünyagörüşü, intellektual səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

Tədbirdə müasir ədəbi proses ilə Anarın roman və hekayələri ətrafında müzakirələr aparılıb, qonaq ona ünvanlanan çoxsaylı sualları cavablandırıb. Tədbiri giriş sözü ilə universitetin rektoru Əhməd Saniç açaraq Azərbaycan ədəbiyyatının zənginləşməsində Anarın mühüm rolu olduğunu vurğulayıb və yaradıcılığının müxtəlif məqamlarına toxunub. Rektor çıxışında bildirib ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də maraqla qarşılanır.

Tədbirin sonunda rektor Əhməd Saniç dəvəti qəbul etdiyinə görə universitet kollektivi adından qonağa təşəkkür edib və xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR