Tiflisdə “Türkyə-Gürcüstan Bektaşi mədəniyyəti və ozanlar simpoziumu” keçirilir

Tiflisdə “Türkyə-Gürcüstan Bektaşi mədəniyyəti və ozanlar simpoziumu” keçirilir
# 30 may 2016 15:55 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında iki günlük “Türkiyə-Gürcüstan Bektaşi mədəniyyəti və ozanlar simpoziumu” başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin birinci yığıncağında Türkiyənin Gürcüstandakı səfiri, TİKA rəhbərliyi, 10 dövlətdən olan alimlər, sənətçilər, jurnalistlər iştirak edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir TİKA-nın Gürcüstan nümayəndəliyinin, Hacı Bektaşi Mədəniyyət Dərnəyinin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri Ukrayna-Gürcüstan Beynəlxalq Universitetin rektorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu açıq elan edərək, ilk dəfə olaraq Gürcüstanda Bektaşi mədəniyyəti və ozanlarına həsr edilən simpoziumun keçirildiyini bildirib. O, qeyd edib ki, tədbirdə Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Dağıstan, Şimali Qafqazın Qaraçay-Çərkəz, Kabardin-Balkar bölgələrindən gələn elm adamları iştirak edir.

Tədbirdə Azərbaycanı AMEA-nın Arxeoloji və Etnoqrafiya, Folklor institutlarının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, AMEA-nın İnstitutunun və digər elm ocaqlarının alimləri təmsil edir.

Mədəniyyət

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR