Tərcümə Mərkəzi “Morelin ixtirası” kitabının təqdimatı olub

Tərcümə Mərkəzi “Morelin ixtirası” kitabının təqdimatı olub
# 03 iyun 2016 07:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan “Morelin ixtirası” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Argentina, Kuba, Braziliya, Meksikanın Azərbaycandakı səfirləri, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ispandilli ədəbiyyatın məcrasını dəyişən Adolfo Bio Kasaresin "Morelin ixtirası" kitabının əhəmiyyətindən danışıb. Səfir bildirib ki, əsərin müəllifi Adolfo Bios Kasares 1914-cü ildə Buenos-Ayres şəhərində varlı bir ailədə anadan olub. Yazıçı axıcı, kübar və eyni zamanda sadə bir dildə, incə yumor hissi ilə yazıb-yaradıb. “Morelin ixtirası” müasir ədəbiyyatın klassik nümunəsi sayılır, boş bir adada cərəyan edən hadisələr birinci şəxsin dilindən nəql olunur.

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud qeyd edib ki, Latın Amerikası ədəbiyyatının tərcüməsi mərkəzin tərcümə siyasətində önəmli yerlərdən birini tutur.

Milli Kitabxananın rəhbəri Kərim Tahirli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Tərcümə Mərkəzini aparat rəhbəri Yaşar Əliyev layihənin əhəmiyyətindən danışıb, kitabın tərcüməsini iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafı kimi dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR