IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi keçirilir

IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi keçirilir
# 06 iyun 2016 14:45 (UTC +04:00)

Bakı-APA. Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi növbəti - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsini keçirir.

Birlikdən APA-ya verilən məlumata görə, əsərlərin qəbulu avqustun 15-dək davam edəcək. Ölkələrdə dərəcəyə girənlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Ölkələr üzrə münsif heyəti ədəbiyyat jurnalları və Yazıçılar Birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15000, 10000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə lirәsi veriləcək. Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər:

Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”. Cəmilə Cəfərova.

Telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13. E-mail: [email protected]

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yarışmaçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq.

Yarışmaçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə qoymalıdır. Kompüterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir. Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətnin sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR