Əfsanəvi şahmatçı dünyasını dəyişib

Əfsanəvi şahmatçı dünyasını dəyişib
# 06 iyun 2016 21:12 (UTC +04:00)

Bakı-APA. Məşhur şahmatçı Viktor Korçnoy 86 yaşında dünyasını dəyişib.

Apasport.az saytının xəbərinə görə, bu barədə mərhumun oğlu "feysbuk" sosial şəbəkəsindəki profilində məlumat yayıb.

4 dəfə (1960, 1962, 1964, 1970) SSRİ çempionu olan Korçnoy 5 dəfə Avropanın ən güclüsü adını qazanıb. 1978 və 1982-ci illərdə dünya çempionu adını uğrunda Anatoli Karpovla görüşlərdən məğlub ayrılıb. SSRİ yığmasının heyətində 6 dəfə Şahmat Olimpiadasının, 100-dək beynəlxalq turnirin qalibi olub.

Korçnoy 1976-cı ilin yayında Amsterdamda təşkil olunan turnirdən sonra SSRİ-yə qayıtmaq istəməyib və əvəzində İsveçrəyə köçüb. 28 il sonra İsveçrə vətəndaşlığı alan mərhum qrossmeyster bu ölkənin yığmasının heyətində də 10 dəfə Şahmat Olimpiadasına qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR