Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 İyun
# 08 iyun 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Aktobedə baş verən hadisələr Nursultan Nazarbayevə mesajdır. Proseslərin arxasında xarici qüvvələrin dayandığı şəksizdir, Qazaxıstan prezidenti də bunu açıqlamasında qeyd edib. Bəs hansı xarici qüvvə? Nazarbayev bu mövzuda susur, amma düşünmək üçün hədəflər də göstərir. Kimlərinsə Qazaxıstanda rəngli inqilablar həyata keçirmək istədiyini deyən prezident ardınca “biz bu üsullara yaxşı bələdik” deyə hədəf göstərir. Nazarbayev sovet idarəetmə sistemində bişmiş, sovet idarəçilik üsullarına yaxşı bələd olan bir dövlət xadimidir. O yaxşı bələd olduğunu söylədiyi üsulları məhz sovet idarəetmə sistemində mənimsəyib. Bu baxımdan ad çəkməsə də, həmin idarəetmə sisteminin ən yüksək səviyyədə tətbiq olunduğu Rusiyaya işarə vurur. Digər tərəfdən baş verən hadisələrin təşkilində günahlandırılan şəxsin Rusiya ilə sıx bağlılığı olduğu göz qabağındadır. Bir neçə ay öncə Nazarbayev ölkədə ingilis dilinin ən yüksək səviyyədə və kütləvi şəkildə mənimsənilməsinə yönəlik islahatlara start verən zaman bu şəxs Qazaxıstanda rus dilinin sıxışdırılmasının yolverilməzliyi ilə bağlı açıqlamalar vermişdi. Valentina Matviyenkonun bir müddət əvvəl “Rusiya postsovet məkanında rus dilinin sıxışdırılması cəhdlərinə göz yummayacaq” bəyanatını da xatırlasaq, daşlar yerinə oturmuş olur. Bu əsnada Ukraynada proseslərin rus dilinin sıxışdırılmasına etiraz bəhanəsi ilə başladığını xatırlatmaq yerinə düşər. Rusiya-Qazaxıstan münasibətlərində cərəyan edəcək prosesləri hələ uzun müddət izləməkdə fayda var. Aktobedə baş verənlər göstərir ki, Qazaxıstanın şimaldan olan təzyiqlərə müqavimət göstərmək imkanları hələ də var.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR