İdman dırmanması üzrə "Ümid" yarışı keçirilib

İdman dırmanması üzrə "Ümid" yarışı keçirilib
# 17 iyun 2016 10:23 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə idman dırmanmasının çətinlik və sürət növləri üzrə "Ümid" yarışı keçirilib.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarış 14 yaşdan yuxarı oğlanlar və qızlar arasında 2 kateqoriya üzrə, idman dırmanmasına yeni başlayanlar arasında təşkil olunub.

Çempionat yeni başlayan idmançıların həvəsləndirilməsi və yarış təcrübəsinin artırılması məqsədilə təşkil edilib. Yarış qaliblərinə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR