Azərbaycan prezidenti İlham Əliyev və xanımı “Formula-1” üzrə Avropa Qran-prisinin qaliblərinə mükafatları təqdim ediblər

Azərbaycan prezidenti İlham Əliyev və xanımı “Formula-1” üzrə Avropa Qran-prisinin qaliblərinə mükafatları təqdim ediblər
# 19 iyun 2016 17:37 (UTC +04:00)

Bakı-APA. Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-prisinin qalibləri mükafatlandırılıblar.

Apasport.az saytının məlumatına görə, mükafatçılara kubokları ölkə başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti Anar Ələkbərov və Gənclər və İdman Naziri Azad Rəhimov təqdim ediblər.

Qeyd edək ki, Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib. İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR