Tərcümə Mərkəzində “Ən yeni ədəbiyyat” antologiyası hazırlanır

Tərcümə Mərkəzində “Ən yeni ədəbiyyat” antologiyası hazırlanır
# 20 iyun 2016 14:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.

Mərkəzdən APA-ya verilən məlumata görə, Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib. Toplantıda Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri Mahir Qarayev və Etimad Muradov iştirak ediblər.

Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR