Gəncədə yerli icra orqanları ilə KİV əməkdaşlığının genişləndirilməsi mövzusunda konfrans keçirilib

Gəncədə yerli icra orqanları ilə KİV əməkdaşlığının genişləndirilməsi mövzusunda konfrans keçirilib
# 15 iyul 2016 12:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, bir sıra mətbuat orqanların rəhbərləri və əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İH başçısı Elmar Vəliyev çıxış edərək ölkədə, o cümlədən Gəncədə mətbuatla hakimiyyət nümayəndələri arasında əlaqələrdən danışıb. Bildirib ki, ölkədə mətbuat nümayəndələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. İH başçısı hər bir jurnalistin vətəndaşlıq mövqeyi ortaya qoyaraq baş verənləri obyektiv şəkildə işıqlandırmalarının vacib olduğunu deyib.

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ölkə mətbuatının inkişaf yolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra demokratik cəmiyyətin formalaşmasında hədəflərdən biri azad medianın inkişafı olub. V. Əliyev mətbuat işçilərinə daim diqqət və qayğı göstərildiyini bildirib və qeyd edib ki, Azərbaycan dövlət tərəfindən jurnalistlərə pulsuz mənzillər verən yeganə ölkədir.

V. Əliyev hakimiyyət nümayəndələri ilə münasibətləri düzgün qurmayan media orqanlarının hələ də olduğunu və bəzi hakimiyyət orqanlarının mediaya həssas yanaşmaması kimi hallara rast gəlindiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR