FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı beynəlxalq mükafata layiq görülüb

FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı beynəlxalq mükafata layiq görülüb
# 23 iyul 2016 11:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun əməkdaşı mükafata layiq görülüb.

FHN-dən APA-ya verilən məlumata görə, İtaliyanın Roma şə­hə­rin­də FI­LA-nın rəh­bər­li­yi al­tın­da Grapp­ling gü­lə­şi üz­rə Avropa çem­pio­na­tı ke­çi­ril­ib. FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Fa­iq Rza­yev ya­rış­da öl­kə­mi­zi ha­kim və məşqçi qis­min­də təm­sil edib və Avropa bi­rin­ci­li­yi ya­rış­la­rı­nı qü­sur­suz ida­rə et­di­yi­nə gö­rə FI­LA-nın Grapp­ling gü­lə­şi sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, Fa­iq Rza­yev bu id­man nö­vü üz­rə ilk azər­bay­can­lı bey­nəl­xalq ha­kim­dir. Həmçinin, Azərbaycanın Grappling güləşi üzrə yığma komandanın baş məşqçisidir. Yarışda milli komandamızın üzvü Putiyev Hacımurad Avropa çempionatında 2-ci yerə layiq görülüb.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR