Beynəlxalq Mahmud Qaşqarlı müsabiqəsinə hekayə qəbulu başa çatıb

Beynəlxalq Mahmud Qaşqarlı müsabiqəsinə hekayə qəbulu başa çatıb
# 26 avqust 2016 15:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə Azərbaycan üzrə hekayələrin qəbulu başa çatıb.

APA-nın məlumatına görə, müsabiqəyə 34 müəllifin 44 hekayəsi təqdim olunub. Hekayələri beş ekspert 10 ballıq sistemlə qiymətləndirəcək. Qaliblər sentyabrın 30-da elan olunacaq.

Təqdimetmə mərasimi isə oktyabr-noyabr aylarında baş tutacaq. Ölkə üzrə birinci, ikinci və üçüncü yerlər üzrə qaliblərə mükafatlar veriləcək.

Qalib olan hekayə Türkiyədəki beynəlxalq müsabiqəyə göndəriləcək və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq mükafatlandırma mərasimi isə bu ilin dekabr ayında Qazaxıstanın Almata şəhərində keçiriləcək.

Qeyd edək ki, müsabiqəni Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi təşkil edib. Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15000, 10000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə lirәsi veriləcək.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazarlar Birliyinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR