Bakı Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib

Bakı Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib
# 02 sentyabr 2016 10:06 (UTC +04:00)

Bakı – APA. Bakıda keçirilən Bakı Şahmat Olimpiadasının ilk turunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək.

Püşk Azərbaycan-2-yə Mozambiki, Azərbaycan-3-ə Papua Yeni Qvineyanı qismət edib.

Qadınlardan ibarət Azərbaycan-1 komandası isə start matçını Nikaraquaya qarşı keçirəcək. Azərbaycan-2-nin rəqibi Yaponiya olacağı halda, Azərbaycan-3 Lesoto ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk tur bu gün saat 15:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR