“Azadlıq” qəzetinin nəşri dayandırılıb

“Azadlıq” qəzetinin nəşri dayandırılıb
# 06 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azadlıq” qəzetinin nəşri dayandırılıb.

Bu barədə APA-ya məlumat verən qəzetin redaktor müavini Sücəddin Şərifov bildirib ki, ötən gecə qəzet nəşrə hazır olsa da, “Azərbaycan” nəşriyyatı qəzeti çap etməkdən imtina edib.

Buna qəzetin nəşriyyata olan 20 min manatadək borcunun olması səbəb göstərilib: “Qasid” yayım şirkətinin bizə 70 min manat borcu var. Lakin biz də onu ala bilmirik. Bundan əlavə Faiq Əmirlinin həbsdə olması da imza nümunələrinin müəyyən edilməsində problem yaradıb. Buna görə də qeyri-müəyyən vaxtadək qəzetin yayımı dayandırılıb. Biz çalışırıq ki, bu problemi həll edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR